Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Elmin İnkişafı Fondunun direktoru CƏRİMƏLƏNİB
"Azərbaycan Elm Fondu" Publik Hüquqi Şəxsi barəsində vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan (mühasibat uçotu üzrə qanunvericiliyin pozulması) inzibati xəta protokolu tərtib olunub.
Oxu.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə vəzifəli şəxslər 300 manatdan 400 manatadək, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.
İşə 28.01.2025-ci il tarixində Xətai Rayon Məhkəməsinin hakimi Aygün Həsənovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Elmin İnkişafı Fondunun (EİF) icraçı direktoru Mehriban İmanovadır.
"Xətai Rayon Məhkəməsi" teqi üzrə xəbərlər
- Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən daha bir idmançı barəsində qərar verilib
- "Toplum TV" işi üzrə tutulanların həbs müddəti uzadılıb
- "Meydan TV" işi üzrə saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib
- Yüzdən çox təqaüdçünü aldadan qadın hakim qarşısına çıxarılır
- Ələsgər Məmmədli, Akif Qurbanov və Ruslan İzzətlinin barəsindəki həbs qətimkan tədbiri uzadılıb
Rəylər