Tanınmış modelyer Leyla Əhmədova həbs edilib.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Leyla Saday qızı Əhmədova külli miqdarda dələduzluqda ittiham olunur.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
Leyla Əhmədova barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə üçaylıq həbs qətimkan tədbiri seçilib.
Qaynar xətt:
(055) 224 12 12