Ukrayna Prezidenti Volodimir Zelenskinin "Bring Kids Back UA" proqramı çərçivəsində daha dörd vətəndaşı - üç azyaşlı uşağı və bir gənci evlərinə qaytarmaq mümkün olub.
Oxu.Az -ın xəbərinə görə, bu barədə prezident ofisinin rəhbəri Andrey Yermak "Telegram" kanalında məlumat verib.
Bildirilir ki, onlar uşaq internat evindən qeyri-qanuni olaraq əvvəlcə müvəqqəti işğal olunmuş əraziyə, sonra isə Rusiyaya aparılıblar. İndi yenidən evdədirlər.
Yermakın sözlərinə görə, qayıdış Qətərin beynəlxalq vasitəçiliyi və Ukrayna Ombudsman ofisi komandasının səyləri sayəsində mümkün olub.
