Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ukrayna "F-16" qırıcı təyyarəsini itirdi
Hava hücumunu dəf etmək tapşırığını yerinə yetirən Ukraynaya məxsus "F-16" qırıcısı fövqəladə vəziyyətlə üzləşib.
Pilot təyyarəni yaşayış məntəqələrindən uzaqlaşdırıb və uğurla katapult etməyə müvəffəq olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının Kommunikasiya İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, pilot tez bir zamanda tapılaraq təxliyə edilib. Onun səhhəti qənaətbəxş kimi qiymətləndirilir, hazırda həyatına təhlükə yoxdur.
"Bütün halların obyektiv şəkildə aydınlaşdırılması üçün komissiya təyin edilib və artıq öz işinə başlayıb", - deyə Hərbi Hava Qüvvələrindən bildirilib.
"Ukrayna" teqi üzrə xəbərlər
- İstanbul sahilində Ukraynaya məxsus kamikadze dronu aşkarlanıb
- İsveçdə Ukraynanın gələcəyinin müzakirə ediləcəyi "gizli görüş" keçiriləcək
- Ukrayna 2022-ci ilin sonundan bəri ən çox ərazini ötən ay itirib
- Zelenski Trampa Rusiya ilə bağlı məsləhət verdi: "Başqa cür alınmayacaq"
- Vuçiç Rusiyanın hərəkətlərini pisləyən bəyanatı imzalamadı