Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, Bakı şəhər sakini Elvin Qabil oğlu Əhmədov idarə etdiyi "Mercedes-Benz" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada, 1988-ci il təvəllüdlü Pərvin Mirzə oğlu Hasılovu vurub.
Piyada ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə çatdırılsa da, göstərilən tibbi yardımlara baxmayaraq, aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanıb.