Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ukrayna iqtisadiyyatına ABŞ nəzarət edəcək?
ABŞ Prezidenti Donald Trampın administrasiyası təkid edir ki, Ukrayna Vaşinqtona mühüm iqtisadi layihələr üzərində nəzarəti təmin edəcək saziş imzalasın.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Wall Street Journal" (WSJ) Kiyevə göndərilmiş sənəd layihəsinə istinadən məlumat verib.
ABŞ xüsusilə Ukraynanın infrastruktur layihələrində və faydalı qazıntıların çıxarılması üzrə proqramlarında, o cümlədən nadir torpaq metalları və limanların tikintisində iştirakda birincilik hüququ əldə etməyə çalışır. Əsasən ABŞ nümayəndələri tərəfindən idarə olunan fond öz gəlirlərini Vaşinqtonun Kiyevə verdiyi hərbi yardım xərclərinin ödənilməsinə yönləndirəcək.
Nəşrin qeyd etdiyinə görə, Ukrayna hakimiyyəti ehtiyat edir ki, sazişin şərtləri onların digər investorları cəlb etmək və infrastrukturu bərpa etmək imkanlarını məhdudlaşdıra bilər. Analitiklər deyirlər ki, ABŞ-nin yeni tələbləri xüsusilə Tramp və Volodimir Zelenski arasında baş verən son hadisələrdən sonra münasibətlərdəki gərginliyi daha da artıra bilər.
Əgər saziş imzalanarsa, Ukrayna 45 gün ərzində fondun nəzərdən keçirəcəyi layihələrin siyahısını təqdim etməlidir.
"Ukrayna" teqi üzrə xəbərlər
- Tramp: "Həftəsonu Ukrayna nizamlanmasında böyük irəliləyiş əldə edilib"
- Taxıl sazişi üzrə görüşün mümkün yeri məlum olub
- Ukrayna ABŞ ilə iqtisadi razılaşmanın dəyişdirilməsini istəyir
- Tramp Ukrayna üzrə sülh danışıqlarındakı əngəli açıqladı
- Zelenski Rusiya ilə birbaşa danışıqlara başlamaq üçün şərtləri açıqlayıb