Ukrayna Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxır.
Oxu.Az xəbər verir ki, Ali Radanın saytında yerləşdirilən məlumata əsasən, oktyabrın 12-də Ukrayna parlamentində Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması haqda razılaşmanın dayandırılmasını nəzərdə tutan qanun layihəsi qeydiyyata alınıb.
Parlamentdəki mənbə deyib ki, Ukraynanın MDB-də iştirakını dayandırması son aylar çox müzakirə olunur.
Mənbə oktyabrın 10-da Minskdə keçirilən MDB dövlət başçılarının sammitində Ukrayna prezidenti Pyot Poroşenkonun iştirak etmədiyini də xatırladıb.
Ukraynanı həmin tədbirdə Belarusdakı səfir Mixail Yejel təmsil edib.