Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ukrayna PUA-sı Qroznıda "OMON"un bazasına hücum edib
Dekabrın 15-də səhər saatlarında Qroznıda bir neçə partlayış baş verib.
Oxu.Az rusdilli "Telegram" kanallarına istinadən xəbər verir ki, Qroznıda ən azı beş partlayışın baş verdiyi bildirilib.
Məlumata görə, şəhərə hücum edən Ukrayna dronunun hədəfi Çeçenistan Daxili İşlər Nazirliyinin çevik polis (OMON) bazası və patrul xidmətinin 2-ci alayı olub. Belə ki, buradan Rusiya-Ukrayna müharibəsində iştirak etmək üçün şəxsi heyət göndərilir.
Qeyd edək ki, bu, həftə ərzində Qroznıya üçüncü dron hücumudur. Çeçenistan rəhbəri Ramzan Kadırov dekabrın 12-də Qroznıda Ukraynaya məxsus pilotsuz uçuş aparatının vurulduğunu, onun qalıqlarının Axmat Kadırov adına xüsusi polis alayının ərazisinə düşdüyünü, 4 nəfərin yaralandığını bildirib. Daha əvvəl isə Daxili İşlər Nazirliyinin alayı pilotsuz uçuş aparatları ilə hücuma məruz qalmışdı.
Xatırladaq ki, Ukrayna PUA-ları ilk dəfə oktyabrın 29-da Çeçenistana hücum edib.
"Rusiya-Ukrayna müharibəsi" teqi üzrə xəbərlər
- Dövlət Departamenti BMT-nin Ukrayna ilə bağlı qətnamələrini FAYDASIZ adlandırdı
- Polşa ordusu hazır vəziyyətə gətirildi - SƏBƏB
- ABŞ və Rusiya nümayəndələrinin Ər-Riyadda ikinci görüşü keçiriləcək
- Ukrayna barədə sual Ağ Ev rəhbərini təəccübləndirdi
- BMT ABŞ-nin Ukrayna ilə bağlı qətnamə layihəsini qəbul edib