Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Ukrayna qoşunlarının Kurska hücumunun ilk anları
Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinə avqustun 6-da başlayan hücum əməliyyatının ilk saatlarını göstərən unikal görüntülər yayımlanıb.
Oxu.Az-ın rubryka.com-a istinadən məlumatına görə, kadrları Ukrayna Desant-Hücum Qoşunlarının mətbuat xidməti paylaşıb.
Bildirilib ki, bu görüntülər əməliyyatın əsas mərhələlərini, o cümlədən minatəmizləmə, sərhədin yarılması, düşmənin müdafiə xətlərinin məhv edilməsi, habelə aviasiya və artilleriyanın işini göstərib.
O da vurğulanıb ki, əməliyyatın ilkin mərhələsindəki uğur diqqətli hazırlıq, yaxşı planlaşdırma, fəaliyyətin gözlənilməzliyi, hərbçilərin döyüş ruhu, həmçinin informasiya məxfiliyinə riayət edilməsi ilə əldə olunub və elə ilk mərhələlərində əhəmiyyətli nəticələr əldə etməyə imkan verib.
"Kurska hücum" teqi üzrə xəbərlər
- Zelenski Kursk əməliyyatından danışdı
- Rusiya ordusu bir həftə ərzində Kurskda dörd yaşayış məntəqəsinə nəzarəti bərpa edib
- Rusiya ordusu Kursk vilayətində daha bir məntəqədə nəzarəti bərpa etdi
- Rusiya ordusu Kursk vilayətində 10 yaşayış məntəqəsini azad etdi
- Rusiya Kurskda genişmiqyaslı əks-hücuma başladı