Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycanda il ərzində 100 ədəd yük avtomobili istehsal ediləcək
"İki il öncə Sumqayıt Kimya Sənaye Parkının rezidenti olmaq qərarına gəldik. Müəssisənin inşası artıq bitmək üzrədir. Oktyabr ayının ikinci yarısında müəssisənin tam istifadəyə yararlı olması gözlənilir. Azərbaycanda istehsal olunacaq "IVECO" markalı yük avtomobilləri Rusiya, Gürcüstana, İran və Türkmənistana ixrac ediləcək".
Oxu.Az xəbər verir ki, bu fikirləri İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti, avtomobillərin gələcək istehsalçısı "Az-Tex-İmport" MMC-nin təsisçisi Samir İbadullayev deyib.
O bildirib ki, müəssisədə il ərzində 100 ədəd az, orta və çoxtonnajlı yük avtomobilləri istehsal ediləcək:
"Yaxın aylarda müəssisədə avadanlıqların quraşdırılmasına başlanılacaq. 90 nəfərin daimi işlə təmin ediləcəyi müəssisənin investisiya dəyəri 19.2 milyon manatdır, bunun 6.0 milyon manatdan çoxu artıq xərclənib", - deyə iş adamı qeyd edib.
Məhərrəm Əliyev
"Sumqayıt Kimya Sənaye Parkı" teqi üzrə xəbərlər
- BYD şirkəti ilə elektrik mühərrikli avtobus istehsalının lokallaşdırılmasına dair sənəd imzalanıb
- Sumqayıt Kimya Sənaye Parkında İtaliya şirkəti ilə yaşıl layihə həyata keçiriləcək
- Baş nazirdən Sumqayıt Kimya Sənaye Parkı ilə bağlı SƏRƏNCAM
- Kamran Rəhimli: "Açılışı olacaq iki müəssisə iki milyon manata yaxın vəsaitə qənaət edib"
- Sumqayıt Kimya Sənaye Parkında yük avtomobillərinin istehsalı müəssisəsi fəaliyyətə başlayacaq
Rəylər