Ukrayna Rusiyanın özbaşına qazın qiymətini qaldırmasını və aqressiyadan dəyən zərəri kompensasiya etdirmək üçün Beynəlxalq arbitraja müraciət edib.
Oxu.Az UNİAN-a istinadən xəbər verir ki, bu barədə “1+1” telekanalının “TCH.Nedelya” proqramının efirində Ukrayna prezidentinin v.i.e. Ali Radanın sədri Aleksandr Turçinov bəyan edib.
Turçinov qeyd edib ki, “Rusiya şantajla məşğul olmağa alışıb”.
“Qaz şantajı yalnız Ukraynaya deyil, eləcə də başqa ölkələrə təzyiqin sevimli formatıdır”, - o qeyd edib.
Onun sözlərinə görə, bu biabırçılığa son qoymağın vaxtı gəlib çatıb.
“Ukraynanın Ədliyyə Nazirliyi ciddi iddia – Rusiyaya qarşı 1 trilyon qrivendən artıq və ya 100 milyarddan artıq bir iddia hazırlayır”, - xalq deputatı əlavə edib.