Bakının Həsən Əliyev küçəsinin Şəmsi Rəhimov küçəsi ilə kəsişməsindən Azadlıq prospektinə qədər olan hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Oxu.Az xəbər verir ki, “Azəryolservis” ASC-dən Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, dünən axşam saat 23:00-dan sonra Həsən Əliyev küçəsinin Şəmsi Rəhimov küçəsi ilə kəsişməsindən Azadlıq prospektinə qədər olan hissəsi asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar nəqliyyatın hərəkəti üçün bağlanıb.
Təmir işləri təxminən bir həftə davam edəcək.
Sürücülərə alternativ olaraq Nəsib bəy Yusifbəyli və Məmməd Araz küçələrindən istifadə etmələri tövsiyə olunur.