Mayın 23-də Bakıda baş tutacaq konfransda Çex Universtitetlərinin məzunları, yüksək rütbəli Çex diplomatları və Çexiya Respublikasının təhsil sahəsinin ekspertləri azərbaycanlı məzunlara və onların valideynlərinə Çexiyada Ali təhsil almaq imkanları haqqında danışacaqlar.
Oxu.Az xəbər verir ki, Çexiyanın Azərbaycandakı səfirliyi və Azərbaycanın Çexiyadakı səfirliyinin dəstəyi ilə baş tutacaq konfransın mövzusu “Çexiyada xarici tələbələrin perspektivləri” olacaq.
Ən yaxşı özəl Ali məktəbdə – Çexiya Enterprise institutunda tədbir təşkil ediləcək.
Son 13 il ərzində Çexiya universitetlərində Ali təhsil alan azərbaycanlı tələbələrin sayı 18 dəfə artıb. Çexiyada təhsilə marağın artmasını yüksək keyfiyyətli, müasir və demokratik təhsil əldə etmək istəyən 40000 xarici tələbənin istəyi sübut edir.
Çex diplomatlarına görə azərbaycanlı tələbələrin perspektivləri daha aydın şəkildə biruzə verib. Azərbaycan son illər Çex Respublikasının ən böyük ticarət tərəfdaşı olub. Hər iki ölkə üçün birgə Çexiya-Azərbaycan layihələrinin həyata keçirilməsində iştirak edən gənc mütəxəssislər lazımdır.
Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadənin bildirdiyinə görə, Çexiya azərbaycanlılar üçün çox şey deməkdir .
“Bizim ticarətin həcmi 1,6 mlrd dollar təşkil edir ki, bu da 2 ölkənin 20 milyonluq əhalisi üçün kifayət deyil. Cəsarətlə deyə bilərəm ki, hər il Azərbaycandan GO STUDY Təlim Mərkəzinin fəaliyyətinin inkişafı ilə əlaqədar minimum 150 tələbə Çexiyaya gələcək. Bu, Çexiya-Azərbaycan münasibətlərinin gələcəkdə formalaşması üçün çox vacibdir”.
Onun sözlərini Çexiyanın Azərbaycandakı səfiri Viteslav Pivonka da dəstəklədi:
“Çex Respublikasında güclü iqtisadi təhsili Karlov Universitetində və bir sıra nüfuzlu özəl universtitetlərdə əldə edə bilərsiniz. Dünyanın bir çox tələbələri keyfiyyətli və müasir texniki təhsil almaq üçün Çexiya Respublikasına gəlir. Onların arasında bir çox ingilis dilində olan proqramlar məşhurdur. Eyni zamanda MDB ölkələrinin bir çox tələbələri əvvəlcə çex dilində kurslar alırlar və sonra əcnəbilər üçün pulsuz olan çex dili proqramı üzrə dövlət Ali məktəbinə daxil olurlar”.
GO STUDY Təlim Mərkəzi özəl Ali məktəblərə daxil olmaq üçün təlim proqramı keçir. Çex Respublikasına hər il 500-dən çox GO STUDY-yə tələbə gəlir.
23 mayda keçiriləcək konfransda Çexiyanın təhsil sahəsinin ekspertlərindən ən yaxşı çex universtitet tələbələrinin sırasına necə qoşulmaq barədə öyrənmək olar.
Konfransın iştirakçıları arasında Çexiyanın Azərbaycandakı səfiri Viteslav Pivonka, Çexiyada Azərbaycanın səfiri Tahir Tağızadə, Çexiyanın sənaye və ticarət naziri Yirji Cincala, Azərbaycanın araşdırılması və Xəzər regionunun araşdırılması mərkəzinin rəhbəri Eduard Gombar, Sahibkarlıq İnstitutunun sədri Radan Junger olacaq.
Tədbir “Caspian Plaza”nın konfrans zalında keçiriləcək. (C.Cabbarlı küç.44 saat 15.00)
Konfransda iştirak pulsuzdur. Tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçmək lazımdır.
Qeyd edək ki, 1998-ci ildən GO STUDY Təhsil Mərkəzi MDB ölkələrindən abituriyentlər üçün Çexiya universitetlərinin qəbul kurslarını təşkil edir. Təhsil mərkəzləri Pragaç Brno və Ostrava şəhərlərində yerləşir. Bütün təlim proqramları çex ictimai universitetləri ilə birlikdə həyata keçirilir.
Çex Respublikasının Ali təhsil imkanlarını www.gostudy.cz saytında tapa bilərsiniz.