Ukrayna nəqliyyat təyyarəsi An-26, bazar ertəsi Luqansk yaxınlığında yalnız Rusiya ərazisindən vurula bilərdi – Ukrayna Müdafiə Nazirliyi belə hesab edir.
Oxu.Az Euronews-a istinadən xəbər verir ki, təyyarə ilə əlaqə günortaya yaxın itib.
Ekipaj çox güman ki, təyyarəni tərk edə bilib.
Luqansk xalq respublikasının nümayəndələri bəyan ediblər ki, beş təyyarəçini əsir götürüblər.
Ukrayna tərəfi bəyan edib ki, təyyarədə səkkiz nəfər olub, onlardan ikisi əsir düşüb, qalanları ilə əlaqə qurmağa çalışırlar.
“Təyyarənin 6500 metr hündürlükdə vurulduğu müəyyən edilib. Terrorçuların arsenalında olan Zenit-raket komplekslərinin heç biri o hündürlükdə təyyarə vurmağa qadir deyil. Yəni An-26 başqa daha güclü silahla vurulub, çox güman ki, Rusiya Federasiyası ərazisindən”, - Ukrayna milli təhlükəsizlik və müdafiə şurasınnı spikeri Andrey Lısenko bəyan edib.
Moskvada bu bəyanata heç bir şərh verilməyib.
Luqansk rayonunda döyüşlər intensivləşir.
Kiyevdə Ukrayna bölüklərinin şəhər aeroportunun blokadasını yarmağa müvəffəq olduqları bildirilir.
Separatçılar isə iddia edirlər ki, aeroport əvvəlki kimi onların nəzarəti altındadır, və onlar Ukrayna hissələrinə bu rayonda bir neçə məğlubedici zərbə endiriblər.