Ukraynanın Müdafiə Nazirliyi bildirir ki, iyulun 14-də Ukraynanın AN-26 hərbi nəqliyyat təyyarəsi ölkənin şərqində Rusiya ilə Ukrayna sərhədində raketlə vurulub.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, nazirlik raketin Rusiya ərazisindən atılmasını istisna etmir.
Ukrayna prezidentinin saytında yayılmış bu xəbərdə tələfat barədə məlumat verilmir.
Təqdim etdiyimiz videonun Rusiyanın ərazisində, Rostov vilayətinin Krujilovka qəsəbəsindən çəkildiyi bildirilir. Bu qəsəbə Ukrayna sərhəddinin yaxınlığında yerləşir. Videoda görünməsə də, görüntülərin fonundakı danışıqlardan təyyarəçinin paraşütlə hoppandığı deyilir.