İraqın şimalında yerləşən Səlahəddin vilayətində Cubur tayfası ilə “İraq Şam İslam Dövləti” təşkilatı arasında davam edən silahlı qarşıdurmanın dayandırılması üçün tərəflər razılığa gəlib.
Oxu.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə tayfa liderlərindən Qazvan Əl-Cuburi İŞİD-lə sülh danışıqlarına başladıqlarını bildirib.
Yerli mənbələrin yaydığı məlumatda Səlahəddin vilayətinin bir bölgəsində artıq savaşın dayandırıldığı bildirilsə də, digər istiqamətdə qarşıdurmaların davam etdiyi qeyd edilib.