ABŞ Prezidenti Donald Tramp Ukraynada atəşkəsi təmin edərsə, Kiyev onu Nobel Sülh Mükafatına namizəd göstərəcək.
Oxu.Az "Politico"ya istinadən xəbər verir ki, bunu ölkə başçısı Volodimir Zelenski deyib.
O hesab edir ki, Tramp müharibəni bitirməyə çalışır.
Zelenski əlavə edib ki, atəşkəsə nail olmaq faktının özü sülh danışıqlarına təkan verəcək və bu, böyük nailiyyət olacaq.