2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində daha səkkiz qarşılaşma baş tutub.
Oxu.Az xəbər verir ki, Çexiya doğma arenada Xorvatiyanı qəbul edib. Komandalar 90 dəqiqə ərzində qapılara yol tapa bilməyiblər - 0:0.
Niderland səfərdə Maltadan üstün olub. "Narıncılar" meydan sahiblərinin qapısından 4 cavabsız top keçiriblər - 0:4.
Günün ən gözlənilməz nəticəsi isə Farer adalarında qeydə alınıb. Burada yerli komanda Monteneqronu 4:0 hesabı ilə darmadağın edib.
Digər görüşlərdə isə aşağıdakı nəticələr qeydə alınıb.
Finlandiya - Litva 2:1;
Avstriya - San-Marino 10:0;
Belarus - Danimarka 0:6;
Kipr - Bosniya və Herseqovina 2:2;
Şotlandiya - Yunanıstan 3:1.