Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ukrayna uduzarsa, NATO nə qədər zərər görəcək? - Baş katib böyük məbləği açıqladı
"Kiyevin məğlubiyyəti NATO-ya alyansın hazırda hərbi ehtiyaclar üçün ayırdığı əlavə milyardlarla dollara deyil, trilyonlarla dollara başa gələcək".
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri NATO-nun Baş katibi Mark Rütte Davosda Dünya İqtisadi Forumu çərçivəsində Ukraynaya həsr olunmuş tədbirdə çıxış edərkən deyib.
"Əgər Ukrayna uduzarsa, NATO-ya əlavə milyardlarla deyil, trilyonlarla dollar lazım olacaq. Belə olan halda, Qərbin NATO-nu saxlama gücünü bərpa etməsi indi müzakirə etdiyimiz hər şeydən çox baha başa gələcək", - deyə o bildirib.
Rütte atəşkəs barədə az danışmağa və Ukraynaya daha çox silah tədarükünə, eləcə də atəşkəsin Rusiyanın şərtləri altında əldə edilməsinə imkan verməməyə çağırıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin dəfələrlə Ukraynaya yeni silahların verilməsinin cəbhədəki vəziyyəti dəyişməyəcəyini, sadəcə olaraq münaqişənin uzanmasına gətirib çıxaracağını vurğulayıb.
"Mark Rütte" teqi üzrə xəbərlər
- Baltik dənizində enerji kabellərinin zədələnməsində Rusiyanın əli var?
- Rütte: "Ukraynada münaqişə bitdikdən sonra belə Rusiya ilə münasibətlər normallaşmayacaq"
- Mark Rütte: "Ukraynanın NATO-ya daxil olması artıq nəzərdən keçirilmir"
- "The Wall Street Journal": Avropa ABŞ-nin dəstəyi olmadan Rusiyaya qarşı tab gətirə bilməz
- NATO-nun baş katibi Zelenskiyə səsləndi: "Trampla münasibətləri bərpa et"