Ukrayna yerli dronları Norveçlə birgə istehsal edəcək. Hər iki ölkənin müdafiə nazirləri müvafiq sənədi imzalayıblar.
Oxu.Az bildirir ki, bu barədə məlumatı Ukraynanın müdafiə naziri Denis Şmıqal "Telegram" kanalında paylaşıb.
Onun sözlərinə görə, növbəti mərhələ 2026-cı ildə pilot istehsal xəttini tez bir zamanda işə salmaq və eyni zamanda istehsal gücünün daha da artırılması üzərində işləməkdir.
"Ukrayna öz təcrübəsini və innovasiyalarını Norveçlə bölüşəcək. Öz növbəsində, döyüşçülərimizi müasir dronlarla təmin edəcək güclü istehsal meydançası, eləcə də aparıcı Norveç müəssisələri ilə elmi-tədqiqat və konstruktiv əməkdaşlığı əldə edəcəyik", - deyə o əlavə edib.