Donetsk vilayətinin Kramatorsk şəhəri yaxınlığında Ukrayna ordusuna məxsus Mi-2 helikopteri qəzaya uğrayıb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Müdafiə nazirliyinin mətbuat katibi Oksana Qavrilyuk bildirib.
Hadisə nəticəsində 5 hərbçi ölüb. İlkin versiyaya əsasən, helikopter elektrik naqillərə toxunub və yerə çırpılıb.
Qəzanın səbəbləri araşdırılır.
A.S.
www.oxu.az