Almaniya milli komandasının 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində quru oyunlar seriyasına son qoyulub.
Oxu.Az-ın Report-a istinadla məlumatına görə, bu, Bakıda Azərbaycan yığması ilə oyunda baş verib.
31-ci dəqiqədə Almaniyanın II Bundesliqasının “Aue” klubunda çıxış edən Dmitri Nazarov Bundestimin qapısına yol taparaq, hesabı bərabərləşdirib - 1:1.
Qeyd edək ki, Almaniya millisi bu oyunadək 648 dəqiqədir qapısında qol görmürdü. Nazarovun qolu Bundestimi 679-cu dəqiqədə haqlayıb.
A.S.
www.oxu.az