Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ukraynada Vaşinqtonun tələb etdiyi qərar qəbul olundu: Səfərbərlik yaşı azaldılır?
Ukraynada səfərbərlik üçün çağırış yaşının aşağı salınması ilə bağlı qərar hazırlanıb və yaxın vaxtlarda qəbul ediləcək.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosundan məlumat verilib.
"Yaxın günlərdə Vaşinqton Prezident Volodimir Zelenskidən təcili olaraq hərbi xidmətə çağırış yaşını 18-ə endirməyi tələb edib. Müvafiq qərar artıq Kiyevdə hazırlanıb və yaxın zamanda qəbul ediləcək", - deyə məlumatda bildirilib.
Qeyd olunub ki, bununla bağlı Şərqi Avropanın Ukrayna ilə həmsərhəd ölkələri artıq gizli şəkildə ukraynalı qaçqınların yeni dalğalarını qəbul etməyə hazırlaşırlar.
Məlumatda, həmçinin bildirilib ki, bu qərar qəbul olunacaq, çünki Ağ Ev cəbhə xəttində sabitləşmənin əldə edilməsi üçün Ukrayna Silahlı Qüvvələrinə təkcə maddi-texniki dəstəyin kifayət etmədiyini başa düşür.
"Xarici Kəşfiyyat Xidmətinə daxil olan məlumata görə, Qərb siyasi elitaları Ukrayna ordusunun Rusiya Silahlı Qüvvələrinin hücumuna tab gətirmək qabiliyyətinin aşağı düşdüyünü təşvişlə qeyd edirlər. Ukrayna Silahlı Qüvvələrinin müdafiəsinin tezliklə dağılmasını istisna edilmir. Getməkdə olan Co Bayden administrasiyası belə bir ssenarinin qarşısını almağa səy göstərir. Əsas diqqət uzaqmənzilli raket sistemləri də daxil olmaqla, daha təkmilləşdirilmiş silahların tədarükünə yönəldilir", - deyə Kəşfiyyat Xidmətinin mətbuat bürosundan vurğulanıb.
"Ukrayna" teqi üzrə xəbərlər
- Ukrayna valyutası tarixi minimuma düşdü
- Ukrayna PUA-larının hücumları səbəbindən "Yandeks" məhkəmə qərarı ilə üzləşdi
- Ukrayna bir illik büdcə gəlirləri həcmində yardım alıb: Ən çox kimin pulu gedib?
- Slovakiyanın baş naziri Ukraynanı hədələdi
- "Financial Times"dan 2025-ci il üçün proqnoz: "Bitcoin"in qiyməti 200 min dollara çata bilər
Rəylər