Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Cənubi Koreya polisi prezident mühafizəsinin rəisinə qarşı cinayət işi açdı
Koreya Respublikası polisi prezidentin mühafizə xidmətinin rəisi Park Çon Çjun və onun müavinini vəzifə səlahiyyətlərinin icrası zamanı hakimiyyət orqanlarına müqavimət göstərməkdə şübhəli bilərək cinayət işi açıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Hangyore" qəzeti xəbər verib.
Bildirilir ki, təhlükəsizlik xidmətinin rəisi prezidentin həbs orderi təqdim edilərkən bunu qanunazidd adlandırıb və iqamətgah ərazisində axtarışa icazə verməyib.
"Birgə istintaq qrupu bu gün Prezident Yun Sok Yolun həbs orderini icra etməyə başlayıb, lakin mühafizə xidməti qanunu pozaraq icranı əngəlləyib və buna görə də həbs başa çatdırılmayıb. Təhlükəsizlik xidmətinin rəisi və onun müavini barəsində itaətsizlik maddəsi ilə iş açılıb və onlara yanvarın 4-dək (dindirilməyə) gəlmələri barədə bildiriş göndərilib", - deyə polis məlumatında deyilir.
Bildirilir ki, müstəntiqlər yerli vaxtla təxminən 08:02-də (Bakı vaxtı ilə 03:02) prezident iqamətgahının ərazisinə daxil olublar, lakin təxminən 13:30-da (Bakı vaxtı ilə 08:30) "faktiki mümkünsüzlük" səbəbindən prezidenti həbs etmək cəhdindən imtina ediblər.
Bundan əlavə, hüquq-mühafizə orqanları dövlət başçısının həbs orderindən istifadə etməyə qərar verdiyi zaman Prezident Yun Sok Yola dəstək üçün təxminən 1.2 min insan mitinq keçirib.
Aksiya yerli vaxtla təxminən 07:00-da (Bakı vaxtı ilə 02:00) başlayıb. Asayişin qorunması üçün təxminən 2 700 polis cəlb edilib.
Koreya Respublikasının Yüksək vəzifəli şəxslər arasında korrupsiya ilə mübarizə idarəsinin (CIO) müstəntiqləri prezident iqamətgahında mühafizə xidməti ilə qarşıdurmadan sonra ölkə başçısı Yun Sok Yolun həbs orderinin icrasını dayandırmaq qərarına gəliblər.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "News1" agentliyi xəbər yayıb.
Bildirilir ki, CIO həbs orderinin icra edilə bilməyəcəyi barədə qərar qəbul edib.
Həmçinin polis Cənubi Koreya prezidentinin iqamətgahında həbs cəhdi zamanı itaətsizliyə görə hələ heç kimi həbs etməyib.
Cənubi Koreya Prezidenti Yun Sok Yolun vəkili onun həbsinə cəhd edənləri hüquqi tədbirlərlə hədələyib.
Oxu.Az bildirir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Qeyd olunur ki, prezidentin müdafiəçisi həbs orderini qanunsuz və saxta hesab etdiyini bildirib.
Yun Sok Yolun tərəfdarları prezidentin iqamətgahının qarşısında toplaşıblar. Yüksəkvəzifəli şəxslərin korrupsiya işi ilə əlaqəli istintaq idarəsinin müstəntiqləri və polislərdən ibarət 20 nəfər tərəfdarların və həbsə mane olmağa çalışan hərbçilərin sıralarını yararaq, vəzifəsindən müvəqqəti kənarlaşdırılmış Yun Sok Yolun iqamətgahına keçə biliblər.
Asayişi qorumaq üçün oraya 2 700 polis göndərilib.
Xatırladaq ki, 2024-cü il dekabrın 3-də Prezident Yun Sok Yol müxalifəti Şimali Koreyaya casusluqda günahlandıraraq respublikada hərbi vəziyyət elan edib. Bir neçə saat sonra hərbi vəziyyət ləğv olunub. Dekabrın 14-də parlament ölkə başçısına impiçment elan edib.
"Cənubi Koreya" teqi üzrə xəbərlər
- AZAL təyyarəsinin qəzaya uğramasından sonra daha bir ölkə aeroportlarla bağlı hərəkətə keçdi
- Cənubi Koreya sahillərində gəmi qayalara çırpıldı: Ölənlər var
- Çin Azərbaycan və Cənubi Koreya təyyarələrinin qəzaya uğramasından sonra hərəkətə keçdi
- "Jeju Air" təyyarəsinin qara qutularından birinin məlumatları əldə edilib
- Cənubi Koreyada təyyarə qəzasına faciəli amillərin toplusu səbəb olub
Rəylər