Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

ABŞ-nin üçmərhələli Ukrayna planı saxta imiş
ABŞ-dən Ukraynadakı münaqişənin nizamlanmasına dair yayılan üçmərhələli planın saxta olduğu bildirilib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ administrasiyasının nümayəndələri ilə danışıqların yekununda bildirib.
"Hansısa üçmərhələli planla bağlı birinci suala gəlincə, mən bu məlumatı görməmişəm, bu hesabatları görməmişəm", - deyə nazir bildirib.
"Mən bu gün dövlət katibi Marko Rubiodan və milli təhlükəsizlik müşaviri Mayk Uoltsdan bunun nə demək olduğunu soruşdum. Onlar bunun saxta olduğunu dedilər", - Lavrov bildirib.
ABŞ və Rusiya Ukraynada münaqişənin sülh yolu ilə nizamlanmasının üçmərhələli planı barədə təklif irəli sürüblər.
Oxu.Az xəbər verir ki, "Fox News" telekanalının jurnalisti Caki Haynriç "X" sosial şəbəkə hesabında bu iddia ilə çıxış edib.
Səudiyyə Ərəbistanındakı danışıqlara yaxın bir neçə xarici diplomatik mənbənin məlumatına görə, plan üç mərhələni ehtiva edir:
- Atəşkəs;
- Ukraynada yeni seçkilərin keçirilməsi;
- Yekun razılaşmanın imzalanması.
Mənbələr vurğulayırlar ki, yeni seçkilərin keçirilməsi sülh prosesinin uğuru üçün əsas şərt kimi nəzərdən keçirilir.