“Rusiyalılar Ukrayna tərəfini Zaporojye Atom Elektrik Stansiyasında vəziyyətin monitorinqindən tamamilə uzaqlaşdırıblar və buna görə də Energetika Nazirliyi əmindir ki, stansiyada hər an partlayış baş verə bilər”.
Bu sözləri Ukraynanın energetika naziri German Qaluşenko deyib.
“Reaktor hər an partlaya bilər, sadəcə, bunun nə vaxt baş verəcəyini bilmirik. Rusiyalılar bizi təhlükəsizlik monitorinq sistemlərindən tamamilə uzaqlaşdırıblar. Biz hərbi kəşfiyyatımıza və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ekspertlərinə güvənirik. Amma stansiya üzərində nəzarətimiz yoxdur və bu da bizi narahat edir”, - deyə nazir qeyd edib.
O həmçinin xatırladıb ki, Ukrayna Rusiya tərəfindən Zaporojye AES-in ələ keçirilməsi ilə bağlı potensial təhlükələr barədə dünya ictimaiyyətinə dəfələrlə xəbərdarlıq edib. Onun sözlərinə görə, Kaxovka bəndinin dağıdılması Moskvanın Ukraynada siyasi və hərbi məqsədlərinə çatmaq üçün dinc sakinlərin həyatını riskə atmağa hazır olduğunu bir daha vurğulayır.
Mənbə: UNİAN “Telegram”
Rəylər