Ukrayna prezidenti Petr Poroşenko ölkənin müdafiə naziri Valeriy Qeleteyi tutduğu vəzifədən azad edib.
Oxu.Az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Poroşenkonun mətbuat xidmətindən bildirilənə görə, Qeletey dövlət başçısına müvafiq raportu təqdim edib.
Mətbuat xidmətinin sözlərinə görə, “prezident, hərbi idarənin rəhbərini dəyişməyin zamanı yetişdiyini qeyd edib”.
Oktyabrın 13-də Petr Poroşenko Ali Radaya yeni müdafiə nazirinin təyin edilməsi barədə təqdimat etməyə hazırlaşır.
“Əminəm ki, yeni müdafiə nazirinin təyin edilməsi məsələsini uzatmayacayıq. Düşünürəm ki, bu ikinci gün baş tutacaq”, - Ukrayna prezidentinin rəsmi saytında bildirilib.