Moskvanın Basman məhkəməsi 2 milyon dollar rüşvət almaqda ittiham edilən Rusiya İqtisadi İnkişaf Nazirliyinin sabiq rəhbəri Aleksey Ulukayevin ev dustaqlığının müddətini iyulun 15-nə qədər artırıb.
Oxu.Az xəbər verir ki, bu barədə məhkəmə zalında olan TASS-ın müxbiri bildirib.
“Məhkəmə istintaqın vəsatətini təmin edərək ev dustaqlığının müddətinin iyulun 15-nə qədər artırılmasına dair qərar qəbul edib”, - hakim Nataliya Dudar məhkəmənin qərarını elan edib.
N.О.
www.oxu.az