“Cari ilin ilk rübündə Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 571 mln. manat vəsait köçürülüb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 154 mln. manat çoxdur”.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Bakıda keçirilən “Caspian Energy Forum-2017”-də çıxışı zamanı Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib:
“Göründüyü kimi, gömrük orqanları büdcə proqnozlarını artıqlaması ilə əməl edib”.
A.Əliyev onu da qeyd edib ki, bu ilin üç ayında Azərbaycandan meyvə-tərəvəz ixracı 73% artıb, idxal isə 17% azalıb.
U.A.
www.oxu.az