"2025-ci il Ukrayna üçün hərbi yardımın həcmi baxımından rekord il olacaq".
Oxu.Az xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Rüstəm Umerov öz "Facebook" səhifəsində yazıb.
"Bizim əhəmiyyətli nəticələrimiz var - 2025-ci ildə təhlükəsizlik üzrə yardım bütün əvvəlki illərin göstəricilərini üstələyəcək", - deyə o vurğulayıb.
Qeyd olunur ki, Almaniya Ukraynaya beş milyard avro, Belçika bir milyard avro, Norveç 700 milyon avro, İsveç 440 milyon avro, Niderland 400 milyon avro və Kanadaya 45 milyon dollar ayıracaq.