"Monteneqro Avropa İttifaqına (Aİ) üzvlüyə namizəd ölkələr arasında liderlik edir və artıq 2028-ci ildə birliyin üzvü ola bilər".
Oxu.Az TASS agentliyinə istinadla xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Monteneqroya səfəri zamanı mətbuat konfransında bəyan edib.
O bildirib ki, Monteneqro Aİ-yə daxil olmaq üzrə bütün prosesləri 2025-ci ildə tamamlamaq əzmindədir, AK isə bu ölkənin rəhbərliyinin 2028-ci ilə qədər Aİ-yə daxil olmaq istəyini dəstəkləyir.
"Biz sizin 2028-ci ilə qədər 28-ci üzv olmaq ambisiyanızı dəstəkləyirik. Biz ambisiyaları sevirik", - deyən fon der Lyayen Monteneqronun 2028-ci ildə Avropa blokuna üzv qəbul edilməsini faktiki olaraq dəstəkləyib.
Xatırladaq ki, Monteneqro Aİ-yə namizəd statusunu 2010-cu ildə alıb.