Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
![USAID-in Trampın impiçmentində rolu ortaya çıxdı](https://images.oxu.az/2025/02/14/yqlLvtEfyC0H5lnJN2LtcR8EhgeQ2HN0sQly2qkR:1200.jpg)
USAID-in Trampın impiçmentində rolu ortaya çıxdı
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Prezident Donald Trampın impiçmentində rolu haqqında yeni təfərrüat üzə çıxıb. Məlum olub ki, USAID demokratların impiçment prosedurunu başlatmaq üçün istifadə etdiyi sübutların saxtalaşdırılması ilə məşğul olan təşkilatı maliyyələşdirib.
Oxu.Az-ın məlumatına görə, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Tomas Messi (Kentukki ştatından respublikaçı) bəyan edib.
"Dərin Dövlət" tez-tez xaricdə rejim dəyişikliyi cəhdlərini maliyyələşdirir, amma vergi ödəyicilərinin pullarından öz hökumətimizi zəiflətmək üçün istifadə edəndə, bu xəyanət deyilmi?" - deyə o, çıxışında bəyan edib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların iki dəfə impiçment elan edilən ilk dövlət başçısıdır. Trampa qarşı birinci impiçment 2019-cu ilin dekabrında Konqresə hakimiyyət tərəfindən sui-istifadə və mane olma ittihamları ilə irəli sürülüb. İkinci impiçment - Kapitolinin zəbt edilməsindən sonra başlanıb, bu zaman Prezident Donald Trampın tərəfdarları seçki səslərinin hesablanmasının qarşısını almaq üçün Kapitoli binasını ələ keçiriblər. Bundan sonra ölkədəki çox sayda hökumət xadimi onu zorakılıqlara təhrik etməkdə günahlandırıb və istefaya çağırıblar. İmpiçment prosesi 2021-ci il yanvarın 13-də ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən başlayıb. 13 fevral 2021-ci ildə Senat 57 lehinə, 43 əleyhinə səslə məhkumluğun əleyhinə səs verib.
"Donald Tramp" teqi üzrə xəbərlər
- Azərbaycanın ABŞ-dən gözləntiləri: Qərbdə lider problemi böyüyür
- Tramp narahatlığını DİLƏ GƏTİRDİ: "Maskla münasibətimi pozmağa cəhd edirlər"
- Zelenski ABŞ-siz çətin olacağını ETİRAF ETDİ
- Tramp Ukraynanın bəzi ərazilərinə GÖZ QOYUB - Zelenski hansı sazişdən İMTİNA ETDİ?
- Trampın administrasiyası nüvə təhlükəsizliyinə cavabdeh olan əməkdaşları işdən çıxardı