Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

USAID-in xaricdəki nümayəndəliklərinin tam ləğv ediləcəyi tarix açıqlanıb
Vaşinqton administrasiyası sentyabrın 30-dək ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) xaricdəki bütün ofislərini bağlayacaq.
Oxu.Az bu barədə "The Guardian" qəzetinin Dövlət Departamentindən əldə etdiyi sənədə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ dövlət katibi Marko Rubio xarici yardım proqramlarına nəzarəti birbaşa Dövlət Departamentinə verərək, agentliyin bütün beynəlxalq heyətinin ləğvi barədə göstəriş verib.
Bu göstəriş dünyada yüzlərlə USAID əməkdaşına, o cümlədən xarici xidmət məmurlarına, podratçılara və 100-dən çox ölkədə yerli işçilərə şamil edilir. ABŞ səfirliklərinin missiya rəhbərlərinə dörd ay ərzində genişmiqyaslı dəyişikliklərə hazırlaşmaları tapşırılıb.