BBC-nin canlı efiri zamanı gözlənilməz qonaqlar peyda olub.
Oxu.Az-ın xəbərinə görə, Pusan Milli Universitetinin dosenti Robert Kelly Cənubi Koreya prezidentinin impiçmenti barədə müsahibə verən zaman gözlənilmədən otağa uşaqlar daxil olublar.
Aparıcı professora uşaq barədə xəbər verdikdən sonra, professor uşağı itələməyə çalışıb.
Daha sonra otağa uşaq arabasında başqa bir uşaq da daxil olub. Onun ardınca otağa qadın qaçaraq girib və uşaqları birtəhər çıxara bilib.
N.О.