Koronavirusun sürətlə yayılmağa davam etdiyi dövrdə Böyük Britaniyanın bir çox bölgələrində xüsusilə uşaqlar arasında COVID-19-la əlaqələndirilən toksik şoka bənzəyən hallar artıb.
Bu barədə “HaberGlobal” məlumat yayıb.
Bildirilir ki, artıq xəstəxanalara hazırlıqlı olmaları üçün xəbərdarlıq edilib.
Məlumata görə, uşaqlar arasında yayılan yeni hal narahatlıqları artırıb. İlkin əlamətlər kimi şiddətli qarın ağrısı, həzm sistemi problemləri, dil və dəridə qızartı, şişkinlik, nəfəsalmada problemər göstərilir.
Bu hal koronavirus testi neqativ çıxanlarda da müşahidə edilib.
Xəstəxanaya çatdırılan uşaqlar, adətən, birbaşa reanimasiya şöbəsinə yerləşdirilir.