Konqo Demokratik Respublikasının qərbində Ebola hemorragik qızdırması yenidən yayılmağa başlayıb.
“İzvestiya”nın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus deyib.
Məlumata görə, Konqoda Ebolaya yoluxmuş altı nəfərdən dördü artıq həyatını itirib. ÜST yeni epidemiya ilə mübarizə üçün hadisə yerinə nümayəndələrini göndərib.
Qebreyesus vurğulayıb ki, Ebolanın yenidən yayılması koronavirus infeksiyasının insanların üzləşdiyi tək problem olmadığını xatırladır.
.@WHO already has staff in Mbandaka, #DRC supporting the new #Ebola outbreak response.
— Tedros Adhanom Ghebreyesus (@DrTedros) June 1, 2020
This outbreak is a reminder that #COVID19 is not the only health threat people face. WHO is continuing to monitor & respond to many health emergencies.