Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
CNN: "Bəşər Əsəd mühafizəçiləri ilə birlikdə Dəməşqdən qaçıb"
Suriya Prezidenti Bəşər Əsəd Dəməşqdə deyil.
Oxu.Az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, dövlət başçısı şəhərdə ola biləcəyi yerlərin heç birində yoxdur.
Bundan başqa, adətən siyasətçini qoruyan və onu müşayiət edən mühafizəçilər də yoxa çıxıblar.
Bu səbəbdən Əsədin qaça biləcəyi ilə bağlı fərziyyələr ortaya çıxmağa başlayıb.
Suriyada müxalifət qüvvələri irəliləməkdə davam edirlər.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, Suriyanın paytaxtı Dəməşqin cənub-qərbində Əsəd qüvvələrinə qarşı irəliləyən silahlı müxalif qruplar şəhərin ətraf rayonlarına daxil olublar.
Suriyalı silahlı qruplaşmalar Homs vilayətinin şərq hissəsində yerləşən Palmiranı nəzarətə götürüblər.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Anadolu" Agentliyi xəbər verir.
Qeyd olunur ki, müxalifət qüvvələri Ət-Tanf bölgəsində fəaliyyət göstərir.
Nəşrin məlumatına görə, üsyançı qruplaşma Palmira, həmçinin Homs və Deyr əz-Zor arasında yerləşən Sukna şəhəri, Karyateyn kəndi və Palmira-Dəməşq yolunda strateji əhəmiyyətli obyektlər üzərində nəzarəti ələ keçirib.
Suriyada Deraa şəhərindən sonra Suveyda şəhərinin mərkəzi də müxalifətin nəzarətinə keçib.
Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, müxaliflər Suriyanın cənubundakı Suveyda şəhərini də işğal ediblər.
Xatırladaq ki, Suveydadan olan müxalif qruplar ötən gün rejim qüvvələri ilə görüş zamanı onların bölgədən çəkilmələrini istəmişdilər. Rejim qüvvələrinə isə şəhəri tərk etmək üçün 24 saat vaxt vermişdilər.
Üsyançı qruplaşmaların döyüşçüləri Suriyanın Dəraa şəhərini nəzarət altına aldıqlarını elan ediblər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Reuters" nəşri məlumat verib.
Bildirilib ki, bu, 2011-ci ildə ölkə prezidenti Bəşər Əsədə qarşı qiyamın başlanmasının simvolik yeri hesab olunur və hökumət ordusunun son bir həftədə itirdiyi dördüncü şəhərdir.
Üsyançıların nümayəndələrinin sözlərinə görə, qoşunlar anlaşma çərçivəsində şəhəri tərk etməyə razılaşıblar. Bu anlaşma sayəsində onlar Dəraadan 100 kilometr şimalda yerləşən Dəməşq şəhərinə təhlükəsiz şəkildə keçiblər.
Sosial şəbəkələrdə üsyançıların şəhəri ələ keçirmələrinə dair görüntülər yayımlanıb. Sözügedən görüntülərdə onların şəhərdə motosiklet sürdükləri kadrlar yer alıb.
Hazırda Suriya rəsmiləri və ya hökumət ordusundan hər hansı bir şərh gəlməyib, müstəqil mənbələr isə bu məlumatı təsdiq edə bilməyiblər.
"Suriya" teqi üzrə xəbərlər
- Məşhur nəşr məxfi sənədlər dərc etdi: Bəşər Əsədin həyat yoldaşı Britaniya kəşfiyyatına işləyib?
- İran Suriyadan əsas qüvvələrini çıxarıb
- Suriyada Əsəd rejiminin devrilməsindən sonra ilk beynəlxalq uçuş hansı ölkəyə oldu?
- Suriya hökuməti rəsmi fotolarda Berbokun üzünü həqiqətən bağlayıb?
- Ərdoğan: "Suriya bölünməyəcək, Fələstin dövləti mütləq qurulacaq"
Rəylər