Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Fon der Lyayenə qarşı məhkəmə iddiasına min nəfər qoşulub: Korrupsiyada ittiham edilir
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenə qarşı məhkəmə iddiası iştirakçılarının sayı min nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, o, 35 milyard avrodan çox dəyərində sınaqdan keçirilməmiş COVID-19 peyvəndlərinin alınması ilə bağlı korrupsiyada ittiham edilir.
Bu iddianın təşəbbüskarı, belçikalı lobbiçi Frederik Baldan Lyejdə keçirdiyi mətbuat konfransında iş barədə məlumat verib. İddiaçılar arasında Macarıstan və Polşa hökumətləri, ictimai təşkilatlar, o cümlədən həkimlər və digər şəxslər də var.
Qeyd edək ki, iddiada söhbət güclü yan təsirləri olan "Pfizer" peyvəndindən gedir.
"Ursula fon der Lyayen" teqi üzrə xəbərlər
- Fon der Lyayen: "Aİ Ukraynanın ittifaqa qoşulmasını sürətləndirmək niyyətindədir"
- Prezidentin Çin mediasına müsahibəsi - Dünyaya sülh, əməkdaşlıq çağırışları
- Bir qrup Azərbaycan QHT-si ABŞ-nin vitse-prezidentinə Ermənistanla bağlı AÇIQ MƏKTUB yazıb
- Fon der Lyayen Ai ölkələrini "təngə gətirib": Məşhur nəşr AK rəhbərinin özbaşınalığından yazdı
- Ursula fon der Lyayen Aİ-də fövqəladə vəziyyət tətbiq etməyə hazırdır