Rusiya Dövlət Dumasının Federasiya Şurasının sədri Valentina Matviyenko növbəti dəfə koronavirus testindən keçib.
“RİA Novosti” xəbər verir ki, siyasətçi bu barədə parlamentin yuxarı palatasının plenar iclasında məlumat verib.
V.Matviyenko bildirib ki, testin nəticəsi mənfi olub.
Plenar iclasda “maska rejimi"nə riayət edən həmkarlarına minnətdarlığını bildirən V.Matviyenkonun özünün maskasız olması jurnalistlərin diqqətindən yayınmayıb.
Bu məsələyə aydınlıq gətirən xanım siyasətçi vurğulayıb ki, iclası apardığına görə, istisna təşkil edir.