Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Vaxtilə dünyanın ən əzəmətli şəlaləsi olan “Viktoriya”nın son görüntüləri şoka saldı - FOTO
Dünyanın ən əzəmətli şəlalərindən biri olan Viktoriya şəlaləsi Afrikanın cənubunda yaranan quraqlıqla əlaqədar nazik “su şırnağına” çevrilib.
Bu barədə “Reuters” xəbər verib.
Bildirilir ki, Zambiya və Zimbabve arasında yerləşən şəlalədə suyun səviyyəsi, demək olar ki, 50 faiz azalıb. Bu da son 40 ilin ən aşağı göstəricisidir.
Böhranın səviyyəsini göstərmək üçün agentlik “Viktoriya”nın son şəkillərini paylaşıb.
Qeyd edək ki, Zambiya Prezidenti bunu iqlim dəyişikliyi ilə izah edərək, beynəlxalq ictimaiyyətdən yardım istəyib:
“İqlim dəyişikliyi ciddi problemdir. İnsanların “iqlim dəyişikliyi barədə deyilənlər saxtadır” fikri isə təəccübləndirməyə bilmir”.
Bununla belə, turizimlə bağlı yerli idarə Prezidentin bu narahatlığını bölüşmür.
“İlin bu fəslində suyun azalması normaldır. Lakin hələ indiyə qədər şəlalələrin tam quruduğunu görməmişik. Düzdür, ötən illər qədər çox su yoxdur, ancaq tam da qurumayıb”, - deyə qurumun açıqlamasında deyilir.
Bununla belə, “Viktoriya” şəlaləsinin son vəziyyəti ilə bağlı paylaşılan şəkillər sosial şəbəkələrdə böyük narahatlıq yaradıb.
Rəylər