39 yaşında xərçəng xəstəliyindən vəfat etmiş amerikalı bodibilder Cemma Sisson sosial şəbəkələrdə vida paylaşımı edib. Maraqlıdır ki, bu, onun ölümündən sonra baş verib.
Oxu.Az xəbər verir ki, C.Sissonun “Instagram” səhifəsindəki paylaşımda deyilir:
“Əgər bu dərc edilibsə, deməli, mən bir neçə həftə mübarizə apardıqdan sonra ölmüşəm”.
İdmançı qadın onu hər zaman dəstəkləyən və tək qoymayan əri Riki Mura minnətdarlıq edib.
Sonda pərəstişkarları ilə vidalaşaraq, Cemma Sisson yazıb: “Sevincliyəm ki, zamanım yetişdi. O biri tərəfdə görüşərik!”
Qeyd edək ki, idmançı qadında ilk dəfə onkoloji xəstəlik 2018-ci ilin aprelində aşkarlanıb. Ötən ilin avqustunda o, cərrahiyyə əməliyyatı keçirib. Lakin 2019-cu ilin sonunda xərşəng metastaz verib.
Посмотреть эту публикацию в Instagram"Maraqlı" teqi üzrə xəbərlər
- Telefonlarda təyyarə rejimi nə üçün lazımdır? - Mühüm məlumatlar açıqlandı
- 113 yaşlı avstraliyalının oğlu atasının uzunömürlülüyünün sirrini açıqladı
- Britaniyada 92 yaşlı kişini əlil arabasından yenidən ayağa qaldıran köhnə hobbisi oldu
- Kanadadakı göldə sirli ada peyda olub - FOTO
- Türkiyədə turnirdə maraqlı an: Azyaşlı rinqə qaçaraq atasını qucaqladı - VİDEO
Digər xəbərlər