Hindistanın Bhavanipatn şəhərində vəhşi ayı velosiped sürən kişiyə hücum edib.
REN TV xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə heyvanın hücum etdiyi şəxsin baş nahiyəsindən dişlədiyi aydın əks olunub.
Ətrafda olan insanlar ayının hücumuna məruz qalan kişinin köməyinə gəliblər.
Onlardan biri taxta parçası ilə ayını qova bilib.
Ayının dişlədiyi şəxs ağır yaralanıb. Onu xəstəxanaya yeləşdiriblər.