Venesuelanın 90 faizindən çoxu 25 martda gün ərzində iki dəfə işıqsız qalıb.
El Nacional qəzetinin yazdığına görə, yerli vaxtla 22.00-da (Bakı vaxtı ilə 06.00, 26 mart - red.) vətəndaşlardan elektrik təchizatının kəsilməsi ilə bağlı şikayətlər daxil olmağa başlayıb.
Ölkənin 23 ştatından 21-i, o cümlədən, paytaxt Karakasın əksər rayonları zülmətə qərq olub.
Bundan əvvəl bazar ertəsində analoji olaraq əksər ərazilərdə, daha dəqiq desək, Karakas və 14 ştatda elektrik təchizatı kəsilmişdi.
Rəylər