Venesuelada etiraz aksiyaları zamanı ölənlərin sayı 69-a nəfərə çatıb.
Oxu.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu “Venesuela cinayət forumu” qeyri-hökumət təşkilatının rəhbəri Alfredo Romero deyib.
Qeyd edək ki, Venesuelada kütləvi etirazlar, Ali Məhkəmə tərəfindən müxalifət milli assambleyasının səlahiyyətlərinin ciddi məhdudlaşdırmasından sonra başlayıb. Qərar sonradan ləğv olunsa da, müxalifət tərəfdarları etiraz aksiyalarını davam etdirir.
S.B.
www.oxu.az