Kipr Respublikasının xarici işlər naziri İoannis Kasoulides Qarabağı “ermənilərin tarixi ərazisi” adlandırıb.
Oxu.Az Virtualaz.org-a istinadən bildirir ki, bunu o, Ermənistanın müdafiə naziri Vigen Sarkisyanla görüşü zamanı deyib.
Məlumata görə, görüşün gedişatında tərəflər ikitərəfli münasibətlərin dərinləşməsi, erməni icmasının rolu və müdafiə sahəsində əlaqələrin inkişafına dair fikir mübadiləsi aparıblar.
Şimali Kipr və Dağlıq Qarabağ məsələsinin müzakirəsi zamanı, İoannis Kusulides bildirib ki, “bunları müqayisə etmək səhvdir, çünki Şimali Kiprdən fərqli olaraq, Türkiyə tərəfindən işğal edilmiş Artsax ermənilərin tarixi ərazisidir”.
S.B.
www.oxu.az