Venesuelanın paytaxtında baş verən 7.5 bal gücündə şiddətli zəlzələ nəticəsində binalar, o cümlədən hava limanı dağılıb. Hadisə nəticəsində həyatını itirənlər və xəsarət alanlar var, onların dəqiq sayı hazırda aidiyyəti üzrə dəqiqləşdirilir.
Bu barədə Oxu.Az REN TV-yə istinadən xəbər verir.
Yeraltı təkanlardan sonra bir kişinin uçmuş binaya doğru qaçaraq özünün iki itini xilas etməsi anı videokameralara tuş gəlib.
O, heyvanları qucağına alaraq dağılmış tikilidən dərhal uzaqlaşdırır.