ABŞ-nin bazar ertəsi axşam Venesuelanın paytaxtı Karakasda Miraflores prezident sarayının yaxınlığında eşidilən atəş səsləri ilə heç bir əlaqəsi yoxdur.
Oxu.Az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
"ABŞ hakimiyyəti Venesuelada baş verən atışma ilə bağlı məlumatları diqqətlə izləyir. Rəsmi Vaşinqton sözügedən hadisədə iştirak etməyib", - deyə adı açıqlanmayan Ağ Ev rəsmisi telekanala bildirib.
Kanalın mənbələrindən birinin məlumatına görə, Miraflores prezident sarayının yaxınlığında, Urdaneta prospektində atəş səsləri eşidilib.
Qeyd edilib ki, atışma həmin ərazidə fəaliyyət göstərən müxtəlif təhlükəsizlik qrupları arasında davam edən qarışıqlıqla əlaqələndirilib.
Telekanalın məlumatına görə, hazırda vəziyyət nəzarət altındadır.
Yerli mediada yayılan iddialara görə, Karakasda baş verən hadisə saray mühafizəçilərinin səhvən Venesuelaya məxsus PUA-lara atəş açması səbəbindən baş verib.
Venesuelanın paytaxtı Karakasdakı prezident sarayının yaxınlığında silah səsləri eşidilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "BNO News" portalı məlumat yayıb.
Hadisənin səbəbləri məlum deyil.
"Noticias Caracol" radiostansiyasının mənbələri ərazidəki dövlət qurumlarının təxliyə edildiyini bildirirlər. Qeyd olunub ki, dronlar ərazi üzərində uçub və ehtimal ki, hava hücumundan müdafiə sistemini işə düşüb.
AFP-nin hökumət mənbələrinə istinadən verdiyi məlumata görə, vəziyyət nəzarət altındadır.