Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Venesuelanın işığını ABŞ söndürübmüş
Venesuelada elektrik təchizatının kəsilməsi kiberhücumla əlaqədar olub.
TASS-ın məlumatına görə, bunu ölkənin rabitə və informasiya naziri Xorxe Rodriges Venesuela dövlət telekanalının efirində bildirib.
Onun sözlərinə görə, kiberhücum “Quri” su elektrik stansiyasının avtomatlaşdırılmış nəzarət sisteminə yönəlib.
Nazirin fikrincə, Venesuela energetika sisteminə virtual hücum böyük ehtimalla ABŞ-dan qaynaqlanır.
Baş verənlərlə əlaqədar Venesuelanının BMT-nin insan haqları üzrə ali komissar Mişel Baçeletə şikayət ərizəsi təqdim edəcəyi bildirilir.
Qeyd edək ki, ötən gün Venesuelanın 23 ştatından 21-i işıqsız qalıb.
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- BMT "ASAN xidmət"i 4 qitədə təşviq edəcək
- Antoniu Quterreş: "İqlim ədaləti üçün beynəlxalq əməkdaşlıq vacibdir"
- BMT-nin Turizm baş katibi: "Uşaqlara iqlim dəyişikliyi nə olduğu aşılanmalıdır"
- BMT-nin polis rəisi: "Azərbaycan hökumətinin COP29-a hazırlıq işlərindən razıyıq"
- BMT baş katibinin köməkçisi Elçin Əmirbəyov və Vüqar Süleymanovla görüşüb
Rəylər