Macarıstanın Baş naziri Viktor Orban parlament deputatı mandatından imtina etdiyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə o, videomüraciətində bildirib.
Orban qeyd edib ki, aldığı mandat faktiki olaraq "FİDES - Macarıstan Vətəndaş İttifaqı" partiyasına məxsusdur və hazırda onun əsas vəzifəsi parlamentdə iştirak etmək yox, partiyanın yenidən təşkili ilə məşğul olmaqdır.
O əlavə edib ki, partiya rəhbərliyi ona sədr kimi fəaliyyətini davam etdirməyi təklif edib və iyunda keçiriləcək qurultayda bu məsələ müzakirə olunacaq.
Qeyd edək ki, "FİDES və Xristian-Demokrat Xalq Partiyası"ndan ibarət hakim koalisiya seçkidə "Tisa" Partiyasına uduzaraq müxalifətə keçib.