Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Volyeri təmizləmək istəyən qadın şirlərin hücumuna məruz qaldı - FOTO/VİDEO
Avstraliyanın Şolheyven zooparkında nəzarətçi qadın iki şirin hücumuna məruz qalıb.
Bu barədə “South Coast Register” nəşri xəbər yayıb.
Məlumata görə, 35 yaşlı Cenifer Braun şirlərin volyerində huşsuz vəziyyətdə tapılıb. İki yırtıcının qadına hansı şəraitdə hücum etdiyi məlum deyil. İlkin məlumatlara görə, C.Braun təmizlik işləri aparmaq üçün heyvanlar olan volyerə daxil olub. Hücum nəticəsində qadının boğazında və başında dərin yaralar qalıb.
Təcili yardım işçiləri nəzarətçini çətinliklə qəfəsdən çıxara biliblər. Zooparkın iki əməkdaşı şirlərin fikrini yayındırıb, bundan sonra xilasedicilər qadına kömək ediblər.
Hazırda xəstəxanaya yerləşdirilən C.Braunun vəziyyəti stabil ağır kimi qiymətləndirilir.
Zoopark nümayəndələri vəziyyəti şərh etməyib. Baş verənlərə görə istintaq başlanılıb.
"Avstraliya" teqi üzrə xəbərlər
- ABŞ və Avstraliya kəşfiyyatı Kennediyə qarşı sui-qəsdlə bağlı faktları gizlətməyə çalışıb
- Avstraliyada çimərlikdə müəmmalı köpük 100-dən çox insanın xəstələnməsinə səbəb oldu
- Avstraliyalı dünya çempionunun onurğası Gürcüstanda keçirilən yarış zamanı sınıb
- Avstraliyada uşaqlar ilandan oyun üçün istifadə ediblər
- Qanı ilə 2 milyondan çox körpənin həyatını xilas edən Ceyms Harrison VƏFAT ETDİ